Kateqoriyasız

“İnter”dən əzmkar qələbə – YENİLƏNİB

Bu gün UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, ölkəmizi bu turnirdə təmsil edəN "İnter" klubu öz meydanında Moldova "Tiraspol"u ilə qarşılaşıb.

Səfərdə 3:2 hesabı ilə qalib gələn "bankirlər"i heç-heçə də qane edirdi.

Matça daha fəal başlayan qonaqlar 6-cı dəqiqədə hesabı açıblar. Bundan sonra paytaxt klubunun hücumları kəskinləşib. Sxdadzenin yetirmələri ikinci hissədə vurduqları qollarla qələbə qazanıblar.

Avropa Liqası

Birinci təsnifat mərhələsi (cavab oyunu)

10 iyul

21:00. İnter – Tiraspol 3:1

Qol: Bulat, 6, Arif Daşdəmirov, 79, Baçana Sxdadze, 84, Mirzağa Hüseynpur, 90+1

Qırmızı vərəqələr: Georgiev, 77 ("Tiraspol"), Japaridze, 83 ("Tiraspol")

Hakim: Marios Panayi (Kipr).

Bakı. "Şəfa" stadionu.

İlk oyun – 3:2

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43