Kateqoriyasız

“İnter”dən Qurban Qurbanova sürpriz

“Nəticə normal oldu. Biz yaxşı komandaya qarşı oynadıq”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubunun çalışdırıcısı daha sonr abunları deyib:

“İnter”in belə oynaması bizim üçün sürpriz oldu. Çünki mən 5 müdafiəçi ilə oynayacaqlarını gözləyirdim. Ümumi götürsək, matç pis alınmadı. Hər iki komanda intizamlı futbol sərgilədi. Müəyyən boşluqlar vardı ki, bunu normal qarşılamaq lazımdır. “İnter”ə uğurlar arzu edirəm. Bu komandaya qarşı görüşlər mənim üçün həmişə xoş olub”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43