Kateqoriyasız

“İnter”li futbolçudan etiraf: “9 xallıq fərq çoxdu”

“Çətin oyun oldu. Hər iki komandaya qələbə lazım idi. Oyunun haqqı bərabərlik idi. Düzdü bizim ilk hissədə iki qol imkanımız var idi vura bilmədik. Ancaq dediyim kimi, matçın ədalətli nəticəsi heç-heçə idi”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “İnter”in futbolçusu Elvin Məmmədov deyib.

Bank klubunun üzvü “Qarabağ”la etdikləri heç-heçədən danışarkən, daha sonra bunları deyib:

“Heç kim ehtiyatı əldən vermirdi. “Qarabağ” ilk pillədə qərarlaşmış komandadı. Reynaldonun olmaması da “Qarabağ”ın zəifləməsi anlamına gəlmir. “Qarabağ” Reynaldodan ibarət deyil”.

Məmmədov çempionluq şanslarının bitdiyini, kuboka daha çox diqqət edəcəklərini bildirib:

“9 xallıq fərq çoxdu. “Qarabağ” kimi komanda inanmırma bu şansı əldən verə. Bizim indi hədəfimiz kubokdu və hazırkı ikinciliyimizi qorumaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43