Ölkə futbolu

“İnter”in 3 futbolçusu cəzalı durumda

Bakının “İnter” klubu Azərbaycan Premyer Liqanın 12-ci turunda AZAL-la oyuna ciddi itkilərlə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, komandanın 3 aparıcı futbolçusu cəzalı duruma düşüb.

Bunlar kapitan Nizami Hacıyev, müdafiəçi Zurab Xizanişvili və hücumçu Ağabala Ramazanovdur.

Hər üç futbolçu son turda “Neftçi” ilə oyunda cari çempionatda 4-cü sarı vərəqəsini alaraq cəzalı duruma düşüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43