Ölkə futbolu

“İnter”in futbolçusu komandanın tarixinə düşdü

Azərbaycan Premyer Liqasında 5-ci tur çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirilən oyun “İnter”in yarımmüdafiəçisi Coşqun Diniyev üçün əlamətdar olub.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Diniyev “bankirlər”in heyətində həmin matçda ikinci qolu vurub. Bu, gənc yarımmüdafiəçi üçün əsas komandanın heyətində rəsmi oyunlarda vurduğu ilk qol olub. C.Diniyev “İnter”in heyətində Azərbaycan Çempionatının oyunlarında fərqlənə bilmiş sayca 87-ci futbolçu kimi də siyahıya düşüb.

Baçana Tsxadadzenin qolu “İnter”in formasında çempionat oyunlarında vurduğu sayca 26-cı olub. Gürcüstanlı forvardın rəsmi oyunlarda vurduğu qolların ümumi sayı 35-ə çatır və bu, klubun tarixində ən yaxşı nəticədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43