Dünyadan

İran millisinin də baş məşqçisi istefa verdi: “Bir tərəf toyun olmasını istəyirsə, toy olmayacaq”

İran milli komandasının baş məşqçisi Karluş Keyruş istefa verib.

İdmanxeber.com-un məlumatına görə, DÇ-2014ün F qrupunda Bosniya və Herseqovinaya 1:3 hesablı məğlubiyyətdən sonra tutduğu vəzifədən istefa verən Keyruş matçdan sonra baş tutan mətbuat konfransında bunları dilə gətirib:

İran yığmasını çalışdırmaq mənim üçün şərəflidi. Lakin son yeni müqavilənin imzalanması ilə bağlı federasiyadan heç bir təklif almamışam.

Obrazlı desək, əgər yalnız bir tərəf toyun olmasını istəyirsə, toy olmayacaq. Yeni müqavilə ilə bağlı müraciət gözləyirdim. Ancaq bu, baş vermədi. Buna görə də istefa vermək qərarına gəldim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43