İdman

İsgəndər Cavadovun Gəncə səfərinin əsl səbəbi: Bəs nə üçün kor-peşman geri qayıtdı? – ÖZƏL

Azərbaycan
Premyer  Liqasının sonuncu turu çərçivəsində
keçirilən “Kəpəz” – “Neftçi” matçını izləyənlər arasında sürpriz qonaq yer
almışdı.

İdmanxeber.com-un
məlumatına görə,
AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol
Federasiyalarının prezidenti İsgəndər Cavadov “tarixi derbi”ni şəxsən
tribunadan izləyirdi. Sonuncu dəfə 2 il əvvəl Nizami Yurduna ayaq basan AFFA rəsmisinin
bu dəfəki gəlişi təsadüfü deyildi. Çalışdığı qurum tərəfindən Gəncəyə xüsusi ilə
ezam olunan Cavadovun qarşısına İcra başçısı Elmar Vəliyevlə görüşmək tapşırığı
qoyulmuşdu. AFFA və Gəncə Şəhər İcra Hakimiyyəti arasında “sülh elçisi”
funksiyasını yerinə yetirməkdə öhdəliyi üzərinə götürən Cavadovun bu arzusu isə
ürəyində qalıb. “Kəpəz”in gələcək taleyini müzakirə etmək üçün Elmar Vəliyevlə
şəxsən görüşmək istəyən İsgəndər Cavadov İcra Başçısını stadionda tapa bilməyib.
Məlum olub ki, Vəliyev işləri ilə əlaqədar Bakıya səfər edib. Səbəbi ziyarəti
alınmayan AFFA rəsmisi oyundan dərhal sonra paytaxta qayıdıb.

Qeyd edək ki, “Kəpəz”in Müşahidə Şurasının sədri
Elmir Vəliyevin atası olan Elmar Vəliyevlə İsgəndər Cavadovun sıx münasibətlərinin
olması bilinir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43