Dünya futbolu

İspaniyanın “AS” nəşri “Qarabağ”dan yazdı

İspaniyanın “AS” idman qəzetində “Madera, Kintana və Selles Azərbaycanda dubla nail oldular” sərlövhəli yazı dərc edilib.

Məqalədə bildirilir ki, ispaniyalı futbolçular Dani Kintana, Miçel Madera və məşqçi Ruben Selles “Qarabağ” futbol klubunun heyətində bir neçə gün əvvəl Azərbaycan çempionluğunu qazanmışdılar. Bu dəfə isə Azərbaycan kubokunu qazanan “Qarabağ” klubunun futbolçuları qızıl dubla nail olublar.

Yazıda Azərbaycan kubokunun finalında “Qarabağ” – “Qəbələ” matçı haqqında ətraflı məlumat verilib. Ağdam klubunun 2:0 hesabı ilə qalib gələrək, titula yiyələndikləri matçı təhlil edən ispaniyalı həmkarlarımız komandanın əvvəldən sonadək meydanda dominant olduğunu qeyd ediblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43