Dünya futbolu

İsrafilovlu “Alkorkon” yenə xal itirdi

Millimizin sabiq üzvü Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” doğma meydanda “Almeyda” (0:0) ilə heç-heçə edib.

Oyuna start heyətdə çıxan İsrafilov sonadək meydanda olub. O, 81-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Hazırda 35 xala malik “Alkorkon” 22 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43