Dünya futbolu

Benzemanın barmağı qırıldı

La Liqanın 19-cu turunda “Betis”lə oyunun ilk hissəsində zədələnərək meydanı tərk edən “Real”ın futbolçusu Kərim Benzemanın durumu bəlli olub.

Fransalı hücumçunun əl barmağı qırılıb. Onun  hansı müddətə sağalacağı hələlik bəlli deyil.

Benzema Madrid klubunda zədələnən 7-ci futbolçudur. Hazırda Tibo Kurtua, Marko Asensio, Qaret Beyl, Toni Kross, Xavyer Sançes və Mariano Dias da zədədən əziyyət çəkir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43