Ölkə futbolu

“Zirə” “Qarabağ”ın Avroliqadakı rəqibi ilə qarşılaşacaq

Antalyada təlim-məşq toplanışında olan “Zirə”nin yoxlama görüşü keçirəcəyi daha 2 rəqibin adı bilinib.

İdmanxeber.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, Samir Abasovun komandası yanvarın 23-də Ukraynanın “Vorskla”, 26-da isə Makedoniyanın “Şkupi” komandaları ilə qarşılaşacaq.

Bundan başqa, ayın 18-də “Zirə”nin rəqibi olmalı olan Rumıniya “Konkordiya”sının təlim-məşq toplanışını təxirə salması səbəbindən həmin gün rəqib bu ölkənin “Voluntari” komandası olacaq.

Qeyd edək ki, “Zirə” Antalyada ilk oyununa sabah çıxacaq. Komanda Qazaxıstanın “Taraz” klubu ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43