Ölkə futbolu

“Neftçi”nin iki legioneri toplanışa qatılmadı

“Neftçi” Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışına start verib.

İdmanxeber.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisinin hazırlıq prosesində 24 futbolçu iştirak edir. Komandadan ayrılacağı gündəmdə olan legionerlər Slavko Braliç və Kvame Karikari toplanışa cəlb olunmayıb.

“Neftçi”nin Antalya toplanışında iştirak edən futbolçuların siyahısını təqdim edirik:

Qapıçılar: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 30. Aqil Məmmədov;

Müdafiəçilər: 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 15. Ruslan Abışov, 18. Tural Axundov, 21. Məhəmməd Mirzəbəyov, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 70. Əli Şirinov, 77. Elvin Sərkərov, 95. Rəhman Daşdəmirov.

Yarımmüdafiəçilər: 6. Qoran Paratski, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 10. Dario Frederiko, 17. Rəhman Hacıyev, 20. Elnur Süleymanov, 32. Mirkamil Əliyev, 36. Mamadu Kane, 93. Soni Mustivar;

Hücumçular: 9. Baqali Dabo, 22. Mirabdulla Abbasov.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43