“İnter” “Fiorentina”nın yarımmüdafiəçisi Matias Vesinonu transfer edib.
Idmanxeber.com-un məlumatına görə, 25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
“İnter”in bu transfer üçün qarşı tərəfə 24 milyon avro transfer ödədiyi iddia edilir.
Qeyd edək ki, uruqvaylı futbolçu ötən mövsüm Avropa Liqasının qrup mərhələsinin “Qarabağ”la Bakıdakı son matçında fərqlənmişdi. O, “Fiorentina”nın 2:1 hesabı ilə qalib gəldiyi görüşün 60-cı dəqiqəsində hesabı açmışdı.