İdman

Taekvandoçularımız Rusiyaya yollandı

Taekvondo üzrə Qran-Pri turniri keçiriləcək.


İdmanxeber.com-un məlumatına görə, Rusiyanın paytaxtı Moskvada təşkil olunacaq yarış avqustun 4-dən 6-dək davam edəcək. G4 kateqoriyalı beynəlxalq turnirdə böyüklərdən ibarət Azərbaycan millisi də qüvvəsiuni sınayacaq. Komandamız bu dəfə yarışda 5 taekvondoçu ilə təmsil olunacaq. Təlim-məşqləri başa vuran komandamız artıq Moskva şəhərindədir. Yarışda kişilərdən Qaşım Maqomedov (58 kq), Məhəmməd Məmmədov, Ayxan Tağızadə (hər ikisi 68 kq), Ramin Əzizov (+80 kq), qadınlardan isə Fəridə Əzizova (67 kq) mübarizə aparacaq. Baş məşqçi Reza Mehmandoust və qadınlardan ibarət milli yığma komandanın baş məşqçisi Elnur Amanovun rəhbərliyi ilə turnirə qatılan millimiz vətənə avqustun 7-də dönəcək.

Qeyd edək ki, qalib idmançı aktivinə 40, ikinci yer 24, üçüncü yerə sahib olan isə 14.4 reytinq xalı əlavə etmiş olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43