Dünyadan

İtaliya klubu baş məşqçisi ilə yollarını ayırdı

İtaliya A Seriyasında çıxış edən “Palermo” klubu baş məşqçisi Eudjenio Korini ilə yollarını ayırıb.

İdmanxeber.com-un məlumatına görə, onun postundan ayrılmağının səbəbi hələ ki, məlum deyil. Bəzi mənbələrdə isə onun klub prezidenti tərəfindən qovulduğu bildirilir.

Xatırldaq ki, o, ötən ilin noyabr ayından “Palermo”nun baş məşqçisi vəzifəsində çalışırdı.

Qeyd edək ki, 21 turdan sonra aktivində 10 xalı olan “Palermo” 20 komanda arasında 19-cu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43