Dünya futbolu

İvan Perişiç “Mançester Yunayted”də!

“İnter” və “Mançester Yunayted” klubları İvan Perişiçin transferi mövzüsunda  razılıq əldə etməyə çox yaxındır.

İdmanxeber.com-un “Football İtalia” nəşrinə istinadən yaydığı məlumata görə, daha öncə Milan təmsilçisi ingilislərin 45 milyonluq təklifini rədd etdikdən sonra “qırmızı şeytanlar” bu məbləği 52 milyon avroya yüksəldiblər.

“La Gazzetta dello Sport”un yaydığı məlumata görə, Milan təmsilçisi bu məbləğ ilə razılaşıb və futbolçunu “Mançester Yunayted”ə buraxmağa hazırdır.

Məlumata görə, 28 yaşlı xorvat yarımmüdafiəçi “Mançester Yunayted”də illik 7 milyon avro qazanacaq.

Xatırladaq ki, Perişiç son mövsüm İtaliya çempionatında 36 matçda meydana çıxıb. O, bu görüşlərdə 11 qol vurub və 10 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43