Premyer Liqa

“Kəpəz” “Şamaxı”nı məğlub etdi – YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında 23-cü turuna start verilib.

İdmanxeber.az-ın məlumatına görə, turun açılış matçı Gəncədə keçirilib. Son pillələrdə qərarlaşan iki komanda – “Kəpəz”lə “Şamaxı” üz-üzə gəlib.

Beş qolun qeydə alındığı matçda ev sahibi komanda qələbə qazanıb -3:2.

Misli Premyer Liqası

XXIII tur

17 fevral (cümə)

14:00 “Kəpəz” – “Şamaxı” 3:2
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Teymur Teymurov, İnqilab Məmmədov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Gəncə şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43