Müsahibə

“Kəpəz”in kapitanı: “Gərginlik var, son sıralardan canımızı qurtarmaq istəyirik” (MUSAHİBƏ)

“Kəpəz”in kapitanı Yusif Nəbiyev “Turan Tovuz”la matçdan (0:2) sonra İdmanxeber.az-a musahibə verib.

O, ilk öncə oyun haqda fikirlərini bildirib:

– İstəməzdik, uduzaq. Qələbə üçün meydana çıxmışdıq. Nə istədiksə, alınmadı. Sonda uduzduq. Bundan dərs çıxarmaq lazımdır. Sonuncu yerdən qurtulmaq istəyiriksə, qələbə lazımdır.

– Bu mövsüm “Turan Tovuz”la oyunlarınız alınmır.

– Bu tilsimi qırmaq istəyirik. Aşağı-yuxarı eyni heyətlə çıxırıq. Hələ ki, alınmır. Bir oyun qalıb, ona hazırlaşacağıq.

– “Qarabağ”dan xal alıb, burada “Turan Tovuz”a uduzmağın səbəbini nədə görürsüz?

– “Qarabağ”la oyun öz azarkeşlərimiz qarşısında idi. O oyunla bugünkü arasında çox fərq var idi. O matçın heç 20 faizini oynaya bilmədik.

– Səbəb azarkeşlər idi?

– Səbəb biz idik. Çıxış yolu tapmalıyıq.

– Komandada eyforiya var idi?

– Belə şeyin olacağına inanmıram. “Turan Tovuz” evində yaxşı oynayır. “Qarabağ”dan xal almışıqsa, o demək deyil “Turan Tovuz”u rahat məğlub edəcəyik.

– Sonuncu sıranı tutan elitanı tərk edəcək. Bu, gərginlik yaratmır?

– Gərginlik var. Son sıralardan canımızı qurtarmaq istəyirik, amma hələ bacarmırıq.

– Kapitan olaraq qapıçı Orxan Sadıqlının yersiz qırmızı vərəqə almasını necə dəyərləndirərdin?

– Komanda geridə idi. Psixoloji baxımdan lazımsız, aqressiv hərəkət idi. Futbolda belə şeylər olur. Bu gün onun üstünə düşməyin mənası yoxdur. İçi mən qarışıq, günahkar hamıdır, meydana çıxan bütün futbolçular.

– Tərlan Əhmədov sizin üçün necə baş məşqçidir? Futbolçularla münasibətində aqressiv deyil?

– Bu haqda bir şey deyə bilmərəm. Bizim işimiz meydançadadır. Qalan şeylər bizə maraqlı deyil. Əhmədovla aramızda gərginlik yoxdur.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43