Kateqoriyasız

Kamal Mirzəyev Küveytdə qol hesabını açdı

Azərbaycanlı futbolçu Kamal Mirzəyevin çıxış etdiyi “Əl-Salmiyə” Küveyt çempionatında növbəti matçını keçirib.

İdmanxeber.az-ın məlumatına görə, komanda “Əl-Tadamon”u qəbul edib və 3:1 hesablı qələbə qazanıb.

Kamal bu qarşılaşmada 90 dəqiqə meydanda olub. 24 yaşlı yarımmüdafiəçi matçın 82-ci dəqiqəsində hesab 1:1 olarkən vacib qol vurub. Bu, onun Küveyt klubunda ilk qolu olub.

Qeyd edək ki, “Əl-Salmiyə” 10 xalla 10 komanda arasında 3-cü yerdə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43