Portuqaliya Premyer Liqasının VI turuna start verilib.
İdmanxeber.com-un məlumatına görə, Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Boavişta" səfərdə "Porto" ilə qarşılaşıb. Kamran bu matçda start heyətində meydana çıxmaqla həm yeni komandasında, həm də Portuqaliya çempionatında debüt edib.
Lakin futbolçumuzun debütü uğursuz alınıb. 4 qolun qeydə alındığı matçda qələbəni "əjdahalar" bayram edib – 3:1.
Portuqaliya çempionatı 6-cı tur
23 sentyabr
"Portu" – "Boavişta" – 3:1
All Goals HD – FC Porto 3-1 Boavista FC 23.09… by arcturusmedia33