Millimizin təcrübəli qolkiperi Kamran Ağayev xarici klubda çıxış etmək fikrindədir.
"Bakı" klubunun üzvü, milli komandada məharətini göstərməklə diqqət mərkəzinə düşüb. Ağayevlə Türkiyə, Almaniya və başqa ölkələrin klublarının maraqlandığı ehtimal olunur. Təcrübəli qolkiper zədəli olduğu üçün yaxın günlərdə İstanbulda dizindən cərrahiyyə əməliyyatı olunacaq. Əcnəbi menecerlərin Türkiyədə Kamranla görüşəcəyi bildirilir.
Qeyd edək ki, "Bakı" klubu bu ilin fevralında Kamran Ağayevlə 2 illik müqavilə bağlayıb. Xarici klubla anlaşma olarsa, qış transfer dönəmində qolkiper icarəyə verilə bilər.
supersport.az