İdman

Kamran Ağayevin yeni klubu məlum oldu

Milli komandamızın üzvü Kamran Ağayevin yeni klubunun adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, Portuqaliyanın “Boavişta” klubundan göndərildikdən sonra işsiz qalan təcrübəli əlcək sahibi karyerasını Çexiyada davam etdirəcək. O, “Mlada” klubu ilə münasibətlərini rəsmiləşdirib.

Bu barədə məlumatı Boleslav klubunun prezidenti Josef Dufek yerli mətbuata açıqlamasında verib. O, “çərçivə qoruyucusu”nun yaxın günlərdə rəsmi müqaviləyə imza çəkəcəyini vurğulayıb.

Qeyd edək ki, Kamran Ağayev Türkiyə klubları ilə də danışıqlar aparırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43