Dünya futbolu

Kamran və Eminin komandasından heç-heçə

Millimizin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta”  Portuqaliya çempionatında 24-cü turun oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, komanda səfərdə “Moreirense” ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

K.Ağayev və E.Mahmudov zədəli olduqları üçün sözügedən görüşdə iştirak etməyib. Onların adları iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, 24 turdan sonra “Boavişta” 30 xalla 8-ci yeri tutur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43