Kateqoriyasız

Kanales qol vurdu, “Neftçi”yə təşəkkür etdi – VİDEO

“Neftçi”dən ayrılaraq Çilinin “Kolo Kolo” klubu ilə müqavilə bağlayan və bu komandada ilk qolunu vuran Nikolas Kanales “Neftçi”yə təşəkkür edib.

Futbolçu sevincini “Twitter” sosial şəbəkəsindəki səhifəsində paylaşıb: “İlk qolumu vurduğum üçün çox sevincliyəm. İnanıram ki, bunun davamı gələcək. Sabiq komandam “Neftçi”yə də təşəkkür edirəm. “Neftçi” ailəsinə və azarkeşlərinə salamlar”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43