Dünya futbolu

Kasilyas futboldan gedəcəyi tarixi açıqladı

“Karyeramı “Porto” da bitirəcəm”.

İdmanxeber.az-ın məlumatına görə, hazırda Portuqaliyanın “Porto” klubunda oynayan ispaniyalı qapıçı İker Kasilyas gələcəyi barəsində danışıb. O, karyerasında iki klubun olmasının sevindirici olduğunu bildirib:

” Karyeramda iki klubun olması sevindirici haldır. Oyunçuluğumun böyük bir dövrü tarixin ən böyük klubu olan “Real”da keçirmişəm. Müqaviləm bitəndə karyeramı “Porto” da sonlandıracam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43