Dünya futbolu

Kavani PSJ ilə yeni müqavilə imzaladı

Fransanın PSJ klubunda yeni müqavilə imzalanıb.

İdmanxeber.com-un məlumatına görə, Paris təmsiçisi aparıcı futbolçularından olan Edinson Kavani ilə nikah təzələyib. Bu barədə məlumat PSJ-nin rəsmi saytından verilib. Yeni sözləşməyə əsasən uruqvaylı forvard 2020-ci ilədək paytaxt klubunun şərəfini qoruyacaq.

Qeyd edək ki, Kavani PSJ-yə 2013-cü ildə İtaliyanın “Napoli” klubundan transfer olunub. 30 yaşlı hücumçu parislilərin heyətində meydanas çıxdığı 124 qarşılaşmada 80 qol vurmağı bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43