İdman

“Kəpəz” azarkeşlərinin sevimlisi komandadan getdi

Braziliyalı futbolçu Dario Federiko “Kəpəz”dən ayrılıb.

İdmanxeber.com-un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Şahin Diniyev məlumat verib.

Təcrübəli mütəxəssis bildirib ki, 25 yaşlı hücumçu Yaponiya və Koreya klublarından təklif aldığına görə, klubu tərk edib və komanda yoldaşları ilə sağollaşıb.

Qeyd edək ki, forvard 2015-ci ildən Gəncə klubunda çıxış edirdi.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43