İdman

“Kəpəz” Bakıda davam edir

Azərbaycan Premyer Liqasının 9-cu turunda Gəncədə “İnter”i qəbul edəcək “Kəpəz” həftəsonu keçirəcəyi oyunun hazırlıqlarına başlayıb.

İdmanxeber.com xəbər verir ki, komanda dünəndən Bakıda hazırlaşır.

“Sarı-göylər” məşqləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçir.

Məşqlər hər gün saat 12:00-da başlayır. Nizami yurdunun təmsilçisi oktyabrın 21-nə kimi paytaxtda məşq edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43