Ölkə futbolu

“Kəpəz” ikitərəfli oynadı

“Kəpəz”in əvəzedici heyəti çempionatın qış fasiləsində məşqlərini davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, yanvarın 5-dən hazırlığa başlayan komanda məşqlərini Gəncə şəhər stadionu yanaşı, həm də Samux rayonunun Aşağı Ağasıbəyli kənd stadionunda keçir.

Hazırlıq planının ilk mərhələsinə əvəzedicilər ikitərəfli oyunla yekun vurublar. Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının stadionunda keçirilən matçda futbolçular şərti olaraq qırmızı və yaşıl komandalara bölünüblər. Sonuncuların tərkibində əsas heyətin üzvləri, qarşı tərəfdə isə ehtiyat oyunçular və baxışda olanlar yer alıb. Milli dərəcəli hakim Samir Hüseynovun idarə etdiyi görüş qırmızıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Əsasən bərpaedici xarakter daşıyan ilk mərhələdən fərqli qış hazırlığının sonrakı hissəsi əvəzedicilər üçün daha gərgin və məsuliyyətli olacaq. Belə ki, yanvarın 12-dən komanda bir həftəlik təlim-məşq toplanışına başlayacaq. Futbolçular gündə iki dəfə məşq edəcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43