İdman

“Kəpəz” – “Keşlə” matçında cəmi 1150 nəfər olmasına səbəb: “Azarkeşlərimiz “Kəpəz”dən küsməyib, sadəcə…”

Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən “Kəpəz” – “Keşlə” maçtı meydan sahibləri üçün daha bir antirekordla yadda qalıb.

İdmanxeber.com-un məlumatına görə, səbəb isə azarkeş amilidi. Hər zaman dolu tribunalar qarşısında oynamağa adət etmiş Gəncə klubunun bu dəfəki ev oyununu cəmi 1150 tamaşaçı izləyib. Peşəkar Futbol Liqasının hər oyundan sonra hazırlanan protokolunda qeyd olunan bu rəqəm əvvəlki matçlarda 8000, 13300, 9300, 8500, 9500-ə bərabər olub. Birdən-birə azarkeş sayının bu qədər aşağı düşməsinin səbəbini öyrənmək üçün “Kəpəz”n azarkeşlərlə əlaqələndirici Elmar Əliyevlə əlaqə saxladıq. “Amiqo” əməkdaşımızla söhbətində yaranan xoşagəlməz mənzərəni bu cür izah etdi: “Keşlə” oyunundan bir gün əvvəl Gəncəyə bir leysan yağdı, bunu yalnız görmək lazım idi. Məsələ burasındadı ki, həmin yağış oyun günü də səngimək bilmədi. Yağış və soyuq hava. Bu səbəbdən tribunalarımız bir xeyli sayda boş göründü. İnandırım sizi, evə gedəndə bütün paltarlarım su olmuşdu. Hətta, bir az soyuqladım da. Həmçinin stadiona gələn digər azarkeşlər də, suya qərq olmuşdular. “Kəpəz” – “Keşlə” matçını izləməyə gələn fanatlarımızın haqqını yeməyək. Onlar əziyyət çəkib gəlmişdilər. Az olma səbəbimiz isə normaldı. Ancaq heç kim düşünməsin ki, azarkeşlərimiz “Kəpəz”dən inciyib, belə bir şey yoxdu. İnşallah, “Səbail”lə ev oyunumuzda hava mülayim olarsa, sayımız da çox olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43