Ölkə futbolu

“Kəpəz” nə vaxt Gəncəyə, azarkeşlərinin yanına qayıdacaq? – FOTOLAR

AFFA-nın vəsaiti hesabına Gəncə şəhər stadionunun əsas meydanında təmir işləri davam edir.

İdmanxeber.com-un məlumatına görə, artıq ot örtüyünün dəyişdirilməsi prosesinə start verilib. Bəs görəsən “Kəpəz” öz ev oyunlarını Gəncə şəhər stadionunda nə vaxt keçirəcək? 
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu İdmanxeber.com-un əməkdaşı ilə söhbəti zamanı təmir işlərində heç bir problem yaşanmayacağı təqdirdə “Kəpəz”in oktyabr ayında ev oyunlarını doğma arenada keçirəcəyini bildirib.

 

 
 
 
 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43