Kateqoriyasız

“Kəpəz” “Qarabağ”la matça ciddi itki ilə çıxacaq

Premyer Liqanın XXI turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Kəpəz” sözügedən qarşılaşmaya ciddi itki ilə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Gəncə təmsilçisi yarımmüdafiəçisi Budaq Nəsirovun xidmətindən istifadə edə bilməyəcək. Futbolçu AZAL-la qarşılaşmada sarı vərəqə alaq cəzalı duruma düşüb.

Qeyd edək ki, “Kəpəz” – “Qarabağ” matçı fevralın 14-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43