Ölkə futbolu

“Kəpəz”də 3 ayrılıq

“Kəpəz” 3 futbolçu ilə yolları ayırıb.

İdmanxeber.com-un məlumatına görə, kamerunlu hücumçu Julien Ebah, portuqaliyalı yarımmüdafiəçi Serjio Kosta və litvalı qolkiper Tadas Simaitislə başa çatan müqavilənin müddəti uzadılmayıb.

Klub rəhbərliyi son mövsümdə komandanın şərəfini qoruyan Renan Alvesin xidmətlərində isə yenidən maraqlıdır. Odur ki, yeni anlaşma əldə etmək üçün braziliyalının agenti ilə danışıqlar davam edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43