Ölkə futbolu

“Kəpəz”də iki ciddi itki

Azərbaycan Premyer Liqasının XXVII turunda səfərdə AZAL ilə qarşılaşacaq “Kəpəz” bu oyunun hazırlıqlarına start verib.

İdmanxeber.com-un məlumatına görə, “Qəbələ” üzərindəki ev qələbəsindən sonra iki gün istirahət edən komanda matça Bakıda hazırlaşır. “Sarı-göylər”in bu günkü məşqi ADBTİA-nın stadionunda keçirilib.

Gəncə klubunun sabaha təyin olunan məşqi saat 10:30-da “İnter Arena”da olacaq. AZAL ilə oyun süni meydançada keçiriləcəyindən “Kəpəz” məhz belə örtükdə hazırlıq keçməyə üstünlük verib.

Nizami yurdunun təmsilçisinin bu gün keçirilən məşqində yüngül zədəsi olan Renan Alveş və Dario Frederiko iştirak etməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43