İdman

“Kəpəz”də ŞOK zədə: 1 aylıq sıradan çıxdı

Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində səfərdə bu gün “Sumqayıt”ın qonağı olacaq “Kəpəz” ciddi itki ilə üzləşib.

İdmanxeber.com-a daxil olan məlumata görə, “Kəpəz”in əsas hücumçusu Şadon Vinçester zədə alıb. “Qəbələ” ilə matç sonrası ayağında ağrılar hiss edən forvardın “Sumqayıt”la səfər görüşünü buraxağı dəqiqləşib. Həkim müayinəsindən keçən 26 yaşlı hücumçunun 1 ay yaşıl meydanlardan kənar qalacağı da məlum olub.

Xatırladaq ki, yoldaşlıq görüşləri üçün Trinidad və Tobaqo yığmasına çağırılan Vinçester millinin düşərgəsinə də qatılmayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43