İdman

“Kəpəz”dən uzaqlaşdırılan Azər Məmmədova milli komandada vəzifə verildi – EKSKLÜZİV

“Kəpəz”in əvəzedici komandasından göndərilən baş məşqçi Azər Məmmədovun yeni iş yeri bəlli olub.

İdmanxeber.com-a daxil olan məlumata görə, gənc mütəxəssis bundan sonra 18 yaşlı futbolçulardan ibarət milli komandamızda çalışacaq. O, həmin postda baş məşqçi vəzifəsini icra edən Zaur Həşimovun köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Azər Məmmədovla Zaur Həşimov “Qarabağ”ın heyətində komanda yoldaşı olublar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43