Ölkə futbolu

“Kəpəz”in kifayət qədər üstün keyfiyyətləri var”

Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Kəpəz”in rəqibi olan “Admira”nın baş məşqçisi Oliver Lederer danışıb.

İdmanxeber.com-un məlumatına görə, o, təmsilçimiz haqqında xoş sözlər söyləyib:

“Kəpəz” barədə müsbət fikirlər səsləndirən çalışdırıcı buna rəğmən, iddialı danışıb: “Hazırkı ab-hava ötən mərhələdə “Spartak”la keçirdiyimiz oyunlardan öncəki vəziyyətlə eynidi. İndiki rəqibimiz gücünü ilk mərhələdə göstərdi. “Kəpəz” “Daçiya” ilə keçirdiyi hər iki oyunda yaxşı müdafiə olundu. İkincisi, bu komandanın heyətində cənubi amerikalılar çıxış edir. Onların hər biri kreativ futbolçulardı və qol epizodları yaratmağı bacarırlar. = Standart vəziyyətlər həmişə təhlükəli olur. Rəqibimiz çalışır ki, tez bir zamanda hava ötürmələrini qola çevirsin. “Kəpəz”in kifayət qədər üstün keyfiyyətlərə malikdir. Ümumilikdə, hər iki oyunda düzgün taktika ilə çıxış etməliyik. Əsas odur ki, meydanda öz oyun fəlsəfəmizi tətbiq edə bilək və rəqib də bununla razılaşmağa məcbur qalsın. Bizim də üstün tərəflərimiz var və bunun hesabına “Kəpəz”i təzyiq altında saxlayacağıq. Təbii ki, meydandan yaxşı nəticə ilə ayrılmaq istəyirik”.

apasport.az



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43