Kateqoriyasız

“Kəpəz”in Müşahidə Şurasında daha iki üzv

“Kəpəz”in Müşahidə Şurasının tərkibi genişlənib. 

İdmanxeber.com-un klubun mətbuat xidmətinə istinadən məlumatına görə, quruma daha iki üzv qəbul olunub.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, kənd təsərrüfatı elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İbrahim Cəfərov və Gəncə Dövlət Universitetinin rektoru, kimya elmləri doktoru, professor Yusif Yusibov Gəncə klubunun Müşahidə Şurasının yeni üzvləri seçilib.

Qeyd edək ki, Müşahidə Şurasının sədri “Gəncə Avropa Gənclər paytaxtı 2016” İctimai Birliyinin sədri Elmir Vəliyevdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43