İdman

“Kəpəz”in sadiq azarkeşinə kömək lazımdı!

“Xəmsə” müstəqil fanat klubunun yaradıcısı və rəhbəri, illərdir təmənnasız olaraq Azərbaycan tribunası üçün xidmət etmiş Adil Məmmədovun səhhəti ilə bağlı ciddi problem aşkarlanıb.

İdmanxeber.com-un məlumatına görə, bir müddət öncə çənə sümüyündə xərçəng xəstəliyi aşkar edilən Adil Məmmədov əməliyyat və kimyaterapiyadan sonra sağlamlığına qovuşsa da, bu günlərdə xəstəliyin yenidən bərpa olunduğu aşkar edilib. Hazırda işsiz olan Adil Məmmədov maddi sıxıntılar üzündən müalicə xərclərini qarşılamaqda ciddi çətinlik çəkir. Adil dayının sağalmasına və tribunaya qayıtmasına yardım etmək istəyən hər kəs bunu aşağıdakı hesablara pul köçürməklə edə bilər:

“Emanat” və “Million” post terminallarında BANK XİDMƏTLƏRİ, daha sonra BANK RESPUBLİKA seçərək və aşağıdakı məlumatları daxil edərək yardımçı ola bilərsiniz!
Hesab nömrəsi: 380194401954993901
Şəxsiyyət vəsiqəsi: 135 164 70


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43