İdman

Robert Prosineçkini Azərbaycana bağlayan əsas səbəb ortaya çıxdı – FUTBOL DEYİL

Böyük ehtimalla milli komandamızın baş məşqçi vəzifəsindən ayrılacaq olan Robert Prosineçkinin ailəsi isə bir müddət də Bakıda yaşayacaq.

İdmanxeber.com-un məlumatına görə, bu barədə çalışdırıcı Xorvatiya mediasına danışarkən deyib. Prosineçki məsələni bu cür izah edib: “Uşaqlarım Bakıda təhsil alır, tez qayıda bilməzlər axı. Bu səbəbdən Azərbaycana geri dönməliyəm, uşaqlarımın təhsili yarımçıq qala bilməz. Əgər başqa bir iş tapsam, uşaqlarım və həyat yoldaşım Bakıda qalacaq”..

Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi dekabrın 6-ı başa çatır. Onun Sloveniya yığmasını çalışdıra biləcəyi iddia edilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43