İdman

“Kəpəz”in zədəli futbolçusu məşqlərə başladı

“Kəpəz”in zədəli futbolçularından İlkin Sadıqovun vəziyyəti düzəlib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, fərdi halda məşqlər edən gənc futbolçu sabahdan etibarən komanda ilə birgə hazırlıqlara qoşulacaq. Komandanın digər futbolçusu Samba Diallo fərdi halda çalışsa da, onun müalicəsi bir müddət davam edəcək. Sambanın “İnter” ilə matçda iştirakı gözlənilmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43