Ölkə futbolu

“Keşlə” Özbəkistan millisi ilə üz-üzə

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Keşlə” bu gün ilk yoxlama matçına çıxacaq.

Paytaxt təmsilçisi Özbəkistanın U-23 yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Bundan başqa “Keşlə” yanvarın 23-də “Atırau” (Qazaxıstan), 25-də isə “Çertanovo” (Rusiya) ilə qarşılaşacaq. Yanvarın 20-si üçün rəqib hələ bəlli deyil.

 

18 yanvar

18:00. “Keşlə” – Özbəkistan U-23


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43