Kateqoriyasız

“Keşlə” – “Qarabağ” və “Səbail” – “Zirə” matçlarına təyinatlar

Azərbaycan Premyer Liqasında 5-ci turun sabah keçiriləcək oyunları üçün hakim təyinatları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, “Keşlə” – “Qarabağ” matçını Fərid Hacıyev, “Səbail” – “Zirə” görüşünü isə Kamal Umudlu idarə edəcək.

25 sentyabr (şənbə)

17:00.“Keşlə” – “Qarabağ”
Hakimlər
: Fərid Hacıyev, Rahil Ramazanov, Kamran Bayramov, İnqilab Məmmədov
“ASK Arena”

19:15.“Səbail” – “Zirə”
Hakimlə
r: Kamal Umudlu, Cavanşir Yusifov, Müslüm Əliyev, Rəşad Əhmədov
“ASCO Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43