Ölkə futbolu

“Sumqayıt” uddu, “Qarabağ”dan darmadağın – YENİLƏNİB

Topaz Premyer Liqasının V turunun oyunları sona çatıb.

İdmanxeber.az-ın məlumatına görə, ikinci oyun gününün ilk görüşündə “Keşlə” komandası “Sumqayıt”ı qəbul edib. Ev sahibi komanda qarşılaşmanın ilk hissəsində önə keçsə də, ikinci hissədə buraxdığı iki qolla məğlub olub – 1:2.

Qeyd edək ki, matçın 92-ci dəqiqəsində “Keşlə” nin futbolçusu A. Klennon qırmızı vərəqə alaraq meydandan qovulub.

Günün ikinci oyunu isə “Azərsun Arena”da oynanıb. Turun mərkəzi qarşılaşmasında “Qarabağ” “Qəbələ”ni darmadağın edib. Abdullah Zubirin dubl etdiyi matçda Ağdam təmsilçisi 4:1 hesabı ilə qalib gəlib. “Qarabağ”ın digər iki qolunu isə Araz Abdullayev və Con Delarj vurub.

“Qəbələ”nin təsəlli qolunu isə oyunun 91-ci dəqiqəsində Rasim Ramaldanov vurub.

Qeyd edək ki, “Qəbələ”nin heyətində Təmkin Xəlilzadə 92-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

 

23 sentyabr (bazar)

18:30. “Keşlə” – “Sumqayıt” 1:2

QOL: Samir Alxasov, 44
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Elman Musayev, Rəhim Həsənov
“ASK Arena”

20:30. “Qarabağ” – “Qəbələ” 4:1

QOl: Abdullah Zubir, 30, 72, Araz Abdullayev, 45, Con Delarj, 61, Rasim Ramaldanov, 91 (4:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov
“Azersun Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43