Ölkə futbolu

Qurban Qurbanov: “Onlarla bizim aramızda çox fərq var”

Topaz Premyer Liqasının V turuna yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, turun mərkəzi görüşün “Qarabağ” komnadası doğma meydanda “Qəbələ”ni qəbul edib. Oyundan sonra ev sahibi komandanın baş məqşçisi Qurban Qurbanov görüş barəsində fikirlərini bölüşüb:

“Çox vacib qələbə qazandıq. Demək olar ki hər 3 gündən bir oyun oynayırıq. Çox ağır qrafikdə oynayırıq. Bu gün çox yaxşı oyun oynadıq”

– Bu suala Millinin baş məşqçisi kimi cavab vermənizi istəyirəm. İkinci heyətlə “Qəbələ”ni məğlub edirsiniz. Çempionatın bu qədər aşağı səviyyədə keçməsi milli komandaya da mənfi təsir edirmi ?

Bundan əvvəl” Sumqayıt”a çox çətinliklə qalib gəldik. Futbolda hər şey var. Bu gün əlimizə düşən imkanlardan istifadə etdik. Təbii ki, çempionatımızn yüksək səviyyədə olması daha çox xeyrimizədir.

-Mahir Mədətovun sosial şəbəkədə azarkeş tənqidinə çox sərt cavab verib. Buna münasibətiniz nədir ?

-Onun adı axır vaxtlar çox hallanır. Mən sosial şəbəkə olmasam da, onun haqda lazımlı məlumatlar mənə gəlir. İstəməzdim ki, belə hallar olsun. Onu bundan sonra sosial şəbəkədə çox az-az görəcəksiniz. Bu kimi hadisələr oyunçulara çox pis təsir edir. Üstəlik belə hallar bizim iş prinsiplərimizə uyğun deyil. Təbii ki, oyunçularım həm oyunu ilə, həm də davranışı ilə örnək olmalıdır.

-Oyunun son dəqiqələrində yaşanan epizoda nə deyə bilərsiniz. Təmkinin etdiyi hərəkət onun milli komandaya çağırılmasına təsir edə bilər ?

-Əfsuslar ki, belə hallar olur. Təbii ki, istəməzdik. Mən millinin oyunçularına da bu barədə xəbərdarlıq etmişəm. Olar bilər ki, məğlub vəziyyətdə oyunçular biraz aqressiv olurlar. Ancaq belə hadisələr komnadaya daha çox zərbə vurur. Millinin oyunçuları mütləqdir ki,digər oyunçulardan fərqlənməlidir.

-Oyundan qabaq bu nəticəni gözləyirdiniz ?

-Heç vaxt məndə belə bir fikir olmur. Bu cür fikirlər bizim oyunumuza mənfi təsir edə bilər. Bütün oyunlara daha ciddi yanaşmaq lazımdı. Belə nəticələr çox nadir hallarda olur. Oyundan sonra rəqib komandanın baş məşqçisi ilə də görüşdüm. Ona gələcək karyerasında uğurlar arzuladım. Futbolda belə hallar olur. Belə şeylərə qarşı səbrli olmaq lazımdı.

-Araz Abdullayevi bugün hücumda gördük. Onu tez-tez bu mövqedə görəcəyik ?

-Araz universal oyunçudur. Onun hücumdakı performansı daha yaxşıdır. Bu gün də bu mövqedə yoxladım. Lazım olduqca hər bölgədə istifadə edəcəyik. Oyunlar artdıqca çıxışı daha da yaxşılaşacaq.

-“Sportinq” oyunundan sonra oyunçularınız çox tənqid edildi. Buna münasibətiniz necədi ?

-Normaldı, belə hallar olur. Tənqid həmişə var və olacaq. Tənqid bizim işimizin bir parçasıdı. Biz hər fikirdən nəticə çıxarmalıyıq. Biz də hər il inkişaf edirik. Ancaq əfsus ki, rəqiblərimizə çata bilmirik. Onlarla bizim aramızda çox fərq var. Onlarda inkişaf həddindən atrıq tez gedir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43