İdman

Kevin-Prins Boatenq Renat Dadaşovun komandasına keçir

Azərbaycan yığmasının üzvü Renat Dadaşovun çıxış etdiyi “Ayntraxt” klubu heyətinə yeni futbolçu qatmaq üzrədi.

İdmanxeber.com-un məlumatına görə, Frankfurt təmsilçisi Kevin-Prins Boatenqlə ortaq məxrəcə gələ bilib.

“Las-Palmas”la müqaviləsinə xitam verilən qanalı futbolçu Almaniyaya köçməyə razılaşıb. Boatenq yaxın günlərdə “Ayntraxt”la rəsmi müqaviləyə qol çəkəcək. Tərəflər arasında 3 illik sözləşmənin imzalanacağı bildirilir.

Qeyd edək ki, Boatenq karyerası ərzində “Herta”, “Tottenhem”, Dortmund “Borussiya”sı, “Portsmut”, “Milan” və “Şalke” klublarının da formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43