İdman

Təmsilçimiz MOİK – “Young Boys” matçına təyinat aldı

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov yeni təyinat alıb.

İdmanxeber.com-un məlumatına görə, həmyerlimiz Çempionlar Liqasının pley-off mərhələsi cavab oyunları çərçivəsində keçiriləcək MOİK (Rusiya) – "Young Boys" (İsveçrə) oyununda iş başında olacaq. Məmmədov avqustun 23-də, Moskva şəhərindəki MOİK Arenada keçiriləcək matçın direktoru kimi fəaliyyət göstərəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43