Müsahibə

Kiril Poznyakov: “Son 20 kilometr daha çətin və maraqlı keçdi”

Bu gün “Tour d`Azerbaidjan”ın ikinci mərhələsi baş tutub.

İdmanxeber.com-un məlumatına görə, Bakıda start götürüb İsmayıllı Mədəniyyət Mərkəzinin qarşısında sona çatan mərhələnin qalibi ölkəmizi təmsil edən “Snergy Baku” komandasının üzvü Kiril Poznyakov olub və o, mavi rəngli “Synergy” köynəyinə yiyələnib.

Qalib mükafatlandırma mərasimindən sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Hər şey çox gözəl idi. Sevinirəm ki, qalib gəldim. Son 20 kilometr daha çətin və maraqlı keçdi.

– Dağ mərhələdindən sonra liderlər qrupundan ayrıldın. Buna necə nail oldun?

– Bu çox vacib mərhələ idi. Ona görə də qalib gəlmək üçün əlimdən gələni etdim. Əvvəlcədən planlaşdırmışdım ki, qrupla birgə hərəkət edim və sona yaxın liderliyi ələ alım.

– Liderlik maykasını qoruya biləcəksən?

– Təbii ki, bunu qorumağa çalışacam. Yarışa qələbə üçün qatılmışıq. Əlimizdən gələn hər şeyi edəcəyik.

– Mərhələnin qalibi oldun. Bundan sonrakı mərhələlər haqda nə düşünürsən?

– Taktikamız dəyişməyəcək. Məqsədimiz ümumi yarışda qalib gəlməkdi. Taktikamıza sadiq qalacağıq.

– Son üç mərhələnin hansına özünü şanslı görürsən?

– Yaxşı nəticə əldə etməyə çalışacam. 4-cü mərhələdə özümü daha şanslı hesab edirəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43