Kateqoriyasız

Kirilo Petrovun yeni klubu bilindi

“Neftçi”dən ayrılan ukraynalı futbolçu Kirilo Petrov karyerasını ölkəsində davam etdirəcək.

29 yaşlı müdafiəçi Premyer Liqa təmsilçisi “Kolos”a transfer olub. O, yeni klubunda məşqlərdə iştirak edir.

Petrov 2017-ci ilin yanvarından “Neftçi”də çıxış edirdi. “Ağ-qaralar” müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43