Dünya futbolu

Klopp “Liverpul”dan ayrılır?

“Liverpul”un baş məşqçisi Yurgen Klopp klubdan ayrılmağı düşünmür.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə yerli mətbuat məlumat yayıb. Bildirilir ki, almaniyalı mütəxəssis uğursuz gedişata baxamayaraq işinin başında olmaq istəyir.

Rəhbərliyin də onu tam dəstəklədiyi bildirilib. Mənbə “qırmızılar”ın transfer etməyəcəyini də qeyd edib.

Qeyd edək ki, “Liverpul” hazırda turnir cədvəlində 9-cu pillədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43